“Neftçi”nin sabiq yarımmüdafiəçisi Kipr klubu ilə müqavilə imzalayıb
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Mamadu Kane Yunanıstanın “Olimpiakos” komandasından ayrılıb.

Qvineyalı yarımmüdafiəçi Kiprin “Pafos” komandasına transfer olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm icarə əsasında çıxış etdiyi “Pafos” Kane ilə üçillik müqavilə imzalayıb.

Qeyd edək ki, Mamadu Kane 2019-2021-ci illərdə “Neftçi”də çıxış edib.

Xəbər 107 dəfə oxundu.