“Turan Tovuz” komandası Türkiyəyə yollanıb
Azərbaycan Premyer Liqasının daha bir klubu təlim-məşq toplanışının birinci mərhələsini başa vurub. “Turan Tovuz” hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanıb.

Tovuz təmsilçisi iyulun 28-dək Ankaranın Qızılcahamam bölgəsində yerləşən “Cam” otelində məskunlaşacaq. Komanda bu müddətdə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblərdən biri Super Liqa təmsilçisi “Adana Demirspor” olacaq. Görüş iyulun 17-nə təsadüf edəcək.

Qeyd edək ki, “Turan Tovuz” yay fasiləsindəki ilk yoxlama görüşünü ötən gün “Araz-Naxçıvan”a qarşı keçirib və 5:1 hesablı qələbə qazanıb.

Xəbər 115 dəfə oxundu.