Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər
İspaniyalı futbolçu Serxio Ramos karyerasını “Flamenqo”da davam etdirə bilər. Braziliya klubu artıq futbolçu ilə əlaqə saxlayıb və ona rəsmi təklif göndərməyə hazırdır.

Azad agent statusuna malik 37 yaşlı futbolçu son iki mövsümü Fransanın PSJ komandasında keçirib. Əlli səkkiz oyunda altı qol vuran və bir məhsuldar ötürmə edən müdafiəçi iki dəfə Fransa kubokuna, bir dəfə isə Superkubokuna sahib olub.

“Sevilya”nın yetirməsi olan Ramos 2005-2021-ci illərdə “Real Madrid”də çıxış edib. “Kral klubu”nun heyətində beş dəfə La Liqada, dörd dəfə isə Çempionlar Liqasında titul qazanıb.

Serxio Ramos İspaniya millisinin heyətində dünya və iki dəfə Avropa çempionu olub.

Xəbər 107 dəfə oxundu.