"Vlajniya" - "Linfild" matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

O, UEFA Konfrans Liqasının birincin təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Vlajniya" (Albaniya) - "Linfild" (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Matç iyulun 20-də Albaniyada keçiriləcək.

Xəbər 95 dəfə oxundu.