“Fənərbağça” klubu futbolçusu Mbvana Samatta ilə yollarını ayırıb
Türkiyənin “Fənərbağça” klubu futbolçusu Mbvana Samatta ilə yollarını ayırıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Tanzaniyalı hücumçunun 2024-cü ilin yayınadək olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Fənərbağça” Mbvana Samattanı 2020-ci ilin yayında "Aston Villa"dan 6 milyon avroya transfer etmişdi. İstanbul təmsilçisinin heyətində 33 matça çıxan futbolçu 6 qol vurub.

Xəbər 101 dəfə oxundu.