Bolqarıstan klubu “Turan Tovuz”un hücumçusunu heyətinə qatıb
Ötən mövsümü “Turan Tovuz” klubunda keçirən Runi Evanın yeni komandası müəyyənləşib.

Kamerunlu futbolçu karyerasını Bolqarıstanda davam etdirəcək.

“MOİK 1948” komandasına keçən Runi Sofiya təmsilçisində ilk məşqinə də çıxıb.

İyirmi yeddi yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Runi ötən mövsüm Tovuz təmsilçisinin heyətində 16 qol vurub.

Xəbər 111 dəfə oxundu.