Lionel Messi ESPN versiyası üzrə 2023-cü ilin ən yaxşı futbolçusu elan edilib
ESPN nəşri özünün rəsmi saytında illik ESPYS mükafatının laureatlarının adlarını açıqlayıb. 2023-cü ilin ən yaxşı futbolçusu mükafatına “İnter Mayami” komandasının hücumçusu Lionel Messi layiq görülüb.

Messi, həmçinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatındakı oyunlarda göstərdiyi yüksək nəticəyə görə turnirin ən yaxşı futbolçusu elan edilib, onun təmsil etdiyi Argentina milli yığması isə mundialın qalibi olub.

Otuz altı yaşlı Messi bu il yayın əvvəlində “İnter Mayami” klubuna keçdiyini bildirib. Argentinalı futbolçu ötən mövsümdə Fransanın “PSJ” klubunu təmsil edib və sərbəst agent hüquqlarında onu tərk edib.

Messi ötən mövsümdə “PSJ” klubunda 41 matça çıxıb, 21 qola imza atıb və qolla nəticələnən 20 ötürmə verib.

Xəbər 107 dəfə oxundu.