“Srvena Zvezda” klubu “Neftçi”nin iştirak etdiyi turnirin qalibi olub
Bakının “Neftçi” futbol klubunun Rusiyada iştirak etdiyi beynəlxalq turnirdə “Srvena Zvezda” qalib gəlib.

Serbiya təmsilçisi turnir çərçivəsində növbəti oyununda Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşıb. Sankt-Peterburqdakı "Smena" stadionunda keçirilən oyunda “Srvena Zvezda” 3:1 hesabı ilə qalib gəlib.

Serbiya klubu turnirdə ardıcıl üç qələbə qazanaraq çempionluğu təmin edib. Komanda daha əvvəl “Zenit” (Sankt-Peterburq, 2:1) və “Neftçi” (4:0) komandalarından üstün olub. “Srvena Zvezda” 3 oyundan 9 xal toplayıb.

Qeyd edək ki, “Neftçi” klubu turnirdə son oyununu iyulun 15-də “Fənərbağça”ya qarşı keçirəcək.

Xəbər 101 dəfə oxundu.