Basketbol üzrə U-20 millimiz lüksemburqlu həmyaşıdları ilə qarşılaşacaq
Basketbol üzrə Azərbaycan millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatının B divizionundakı növbəti rəqibi bəlli olub.

C qrupunu sonuncu pillədə tamamlayan yığmamız 17-20-ci yerlər uğrunda oyunda Lüksemburq seçməsi ilə qarşılaşacaq.

İyulun 14-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Görüş Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi yutub hesabından canlı yayımlanacaq.

Xəbər 118 dəfə oxundu.