“Əl-Hilal” klubu “Latsio”nun futbolçusunu transfer edib
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Latsio”nun futbolçusu Sergey Milinkoviç-Saviçi transfer edib.

Bu barədə klubun saytı məlumat yayıb.

İyirmi səkkiz yaşlı yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb.

Bu transfer üçün "Əl-Hilal" İtaliya təmsilçisinə 40 milyon avro təzminat ödəyib. Serbiyalı oyunçu yeni klubunda ilinə 20 milyon avro qazanacaq.

Qeyd edək ki, Saviç 2015-ci ildən "Latsio"da oynayırdı.

Xəbər 105 dəfə oxundu.