“Araz-Naxçıvan” klubuna yeni icraçı-direktor təyin olunub
Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”da klubdaxili iclas keçirilib.

Rəhbərliyin qərarı ilə Eldəniz Yusubov Naxçıvan təmsilçisinin icraçı direktoru təyin olunub.

Müxətlif illərdə AZAL, “Neftçi”, “Şamaxı”da, eləcə də Azərbaycan Futzal Federasiyasında çalışan funksioner kollektivə təqdim edilib.

Xəbər 106 dəfə oxundu.