Qurban Qurbanov beynəlxalq reytinq cədvəlində beş pillə irəliləyib
Dünyanın ən yaxşı 500 baş məşqçinin reytinq siyahısı açıqlanıb.

Siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur.

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində 199-cu pillədə qərarlaşıb. Əlli bir yaşlı mütəxəssisin hesabında 1595 xal var.

Qurban Qurbanov ötən siyahı ilə müqayisədə beş pillə irəliləyib.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.

Xəbər 99 dəfə oxundu.