“Sabah” klubu növbəti yoxlama oyununda “Sankt-Pauli” ilə qarşılaşacaq
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” klubu hazırlıq çərçivəsində qarşılaşacağı növbəti rəqibinin adına aydınlıq gəlib.

Komandamız Almaniyanın İkinci Bundesliqa təmsilçisi “Sankt-Pauli” ilə qarşılaşacaq.

Görüş iyulun 15-də Bakı vaxtı ilə saat 14:00-da İtaliyanın San Martino in Passiriya qəsəbəsindəki AFC idman kompleksinin stadionunda baş tutacaq.

Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Al-Sadd” klubuna qarşı keçirib (3:1).

Xəbər 112 dəfə oxundu.