“Barselona” klubu heyətinə yeni futbolçu cəlb edib
“Barselona” klubu heyətinə yeni futbolçu cəlb edib.

Kataloniya təmsilçisi "Atletiko Paranaense"nin (Braziliya) hücumçusu Vitor Rokeni heyətinə qatıb.

On səkkiz yaşlı futbolçu ilə 500 milyon avroluq sərbəst qalma şərti ilə 2031-ci ilin yayınadək – səkkizillik müqavilə imzalanıb. Roke 2023-2024-cü il mövsümünü icarə əsasında hazırkı klubunda oynayacaq.

Futbolçu 2022-ci ilin aprelindən “Atletiko”da çıxış edir. O, bu komandada 66 matçda 22 qol vurub və 9 məhsuldar ötürmə edib.

"Barselona" üçün bu keçid yay transfer pəncərəsində üçüncü olub. Klub daha əvvəl azad agent qismində İlkay Gündoğan ("Mançester Siti") və İniqo Martinez ("Atletik Bilbao") ilə müqavilə imzalayıb.

Xəbər 93 dəfə oxundu.