Azərbaycan güləşçiləri cari ildə Avropa çempionatlarında 72 medal qazanıblar | |
Azərbaycan güləşçiləri 2023-cü ildə Avropa çempionatlarında bütün yaş kateqoriyalarında 72 medal qazanıblar. Bunlardan 14-ü böyüklərin payına düşüb. Əsas yığmanın üzvləri 5 qızıl, 6 gümüş, 3 bürünc medal əldə ediblər. U-23 komandası 12 (6 qızıl, 3 gümüş, 3 bürünc), U-20 seçməsi 15 (4 qızıl, 4 gümüş, 7 bürünc), U-17 millisi isə 14 (5 qızıl, 1 gümüş, 8 bürünc) mükafata sahib çıxıb. Ən çox medalı 15 yaşadək güləşçilərdən ibarət komandamız qazanıb. Yeniyetmə idmançılar Avropa çempionatını 17 medalla (2 qızıl, 6 gümüş, 9 bürünc) bitiriblər. Sərbəst güləş üzrə əsas milli, eyni növdəki U-23 yığması, yunan-Roma güləşində və sərbəst güləşdə U-20 kollektivi çıxış etdikləri qitə yarışında komanda hesabında çempion olublar. Qeyd edək ki, 2023-cü ildə güləş üzrə Avropa çempionatı tsikli başa çatıb. |
|
Xəbər 108 dəfə oxundu. |
|
|