Basketbol üzrə U-20 millimiz Gürcüstan yığması ilə qarşılaşacaq
Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının B divizionun oyunları davam edir.

Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

C qrupunda yer alan U-20 millimiz qrupdakı üçüncü oyununda Kosova yığmasına 71:75 hesabı ilə məğlub olub. Millimiz qrupda sonuncu oyununu iyulun 12-də Bakı vaxtı ilə saat 23:00-da Gürcüstan seçməsinə qarşı keçirəcək.

Oyun Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi yutub kanalında canlı yayımlanacaq.

Xəbər 113 dəfə oxundu.