Formula 1: “Alpha Tauri” Nik de Vris ilə kontraktı pozub
Yəqin ki, hollandiyalı pilot Nik de Vris ötən bazar günü Silverstoun trasında Formula 1 yarışlarında özünün son yürüşünü keçirib.

Şərhçi Allard Kalfın verdiyi məlumata görə, Formula 2 və Formula E çempionuna yaxın olan “Viaplay” “Red Bull” və “Alpha Tauri”nin yay fasiləsini gözləmədən pilotla kontraktı dərhal pozduğunu bildirib. Beləliklə, de Vris hətta Macarıstan və Belçikada da çıxış edə bilməyəcək.

Hollandiyadan olan digər mənbənin – “De Telegraaf” reportyoru Erik Van Harenin verdiyi məlumata görə, növbəti mərhələdə Yuki Tsunodanın komanda üzrə yoldaşı Daniel Rikkardo olacaq.

Onu da qeyd etmək yerinə düşər ki, bu məlumat Rikkardonun ötən ilin noyabrından bəri ilk dəfə Formula 1 bolidinin sükanı arxasına qayıtması vaxtı ilə üst-üstə düşüb. Avstraliyalı pilot çərşənbə axşamı günorta “Red Bull Racing” komandasının heyətində Silverstounda şinlərin sınağına başlayıb.

Xəbər 149 dəfə oxundu.