“Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiç “Milan”a keçir
İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Kristian Pulişiç İtaliyanın “Milan” komandasına keçir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, ABŞ millisinin üzvünün yeni klubunda tibbi müayinədən keçəcəyini və bundan sonra "Milan"ın bu transferi açıqlayacağını bildirib.

2022-2023-cü illər mövsümündə Pulişiç "Çelsi"nin heyətində bütün yarışlarda 30 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonunadək qüvvədədir.

Xəbər 100 dəfə oxundu.