UEFA Çempionlar Liqası: “Linkoln” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb
Cəbəllütariqdə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Linkoln" və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

“Linkoln” komandasının start heyətində Deyl Kolinq, İbrahim Ayu, Con Sarcent, Bernardu Lopeş, Nano, Mandi, Mustafa Yahaya, İtan Britto, Liam Uoker, Kike Qomes və Xuampe yer alıblar.

“Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Elvin Cəfərquliyev, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica və Nəriman Axundzadə çıxacaqlar.

“Viktoriya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xəbər 114 dəfə oxundu.