“Union Berlin” klubu "Çelsi"dən Datro Fofananı icarəyə götürdüyünü açıqlayıb
"Union Berlin" klubu "Çelsi"nin 20 yaşlı Kot-d’İvuardan olan hücumçusu Datro Fofana ilə bir mövsümlük icarə müqaviləsinin imzalandığını açıqlayıb.

Fofana cari ilin qış mövsümündə Norveçin “Molde” klubundan London klubuna keçib. “Transfermarkt” portalının məlumatına əsasən, o vaxt sövdələşmənin məbləği 12 milyon avro təşkil edib. Fofana “Çelsi”nin əsas tərkibində dörd oyunda iştirak edib.

“Molde” hücumçunun karyerasında ilk Avropa klubu olub. Bu komanda ilə birlikdə Fofana Norveç çempionatını və Norveç Kubokunu udub.

Xatırladaq ki, Bundesliqanın 2022/2023 mövsümünün nəticələrinə görə, “Union” turnir cədvəlində dördüncü yerdə olub və növbəti mövsümdə Çempionlar Liqasında oynayacaq. İngiltərə Premyer Liqasında 12-ci yerdə olan “Çelsi” Avropa Kuboku turnirlərinin heç birində iştirak etməyəcək.

Xəbər 122 dəfə oxundu.