Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

iyulun 18-də AFFA-nın inzibati binasında keçiriləcək mərasim saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək. Yarışda 10 komanda 4 dövrədə mübarizə aparacaq.

Xəbər 100 dəfə oxundu.