Azərbaycanın üç həndbol klubu Avropa kuboku yarışlarında çıxış edəcək
Azərbaycanın qadınlardan ibarət üç həndbol klubu 2023-2024-cü il mövsümündə Avropa kuboku yarışlarında çıxış edəcək.

“Azəryol”, “Qarabağ” və "Kür" klubları qitə yarışında mübarizə aparacaq.

Komandalarımız mübarizəyə 1/32 final mərhələsindən qoşulacaq.

Bu raundun püşkü iyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılacaq.

Qeyd edək ki, 1/32 final mərhələsinin ilk oyunları sentyabrın 23-24-də, cavab qarşılaşmaları sentyabrın 30-dan oktyabrın 1-dək keçiriləcək.

Xəbər 146 dəfə oxundu.