“Neftçi”nin sabiq futbolçusu qitənin ən yaxşıları arasında yer alıb
Asiya tarixinin XXI əsrdə ən yaxşı 5 futbolçusu açıqlanıb.

Siyahıda Azərbaycanda çıxış etmiş bir oyunçu da yer alıb.

Bu, 2020-2021-ci il mövsümündə “Neftçi”nin formasını geyinmiş Keysuke Hondadır. Cəmi üç ay “ağ-qaralar”ın formasını geyinməsinə baxmayaraq, çempionluqda pay sahibi olan Honda Yaponiyanın əfsanəvi futbolçularından sayılır.

Xüsusən də, “Milan”dakı çıxışı ilə məşhurlaşan 37 yaşlı sabiq yarımmüdafiəçi 2010-cu, 2014-cü və 2018-ci illərdə dünya çempionatında iştirak edib. 2011-ci ildə Yaponiya yığması Asiya Kubokunun qalibi olub, Honda isə turnirin ən yaxşı oyunçusu seçilib. O, son olaraq Kamboca millisinin baş məşqçiliyini edib.

Asiya qitəsinin ən yaxşı digər 4 futbolçusu isə cənubi koreyalı Son Xın-Min, yaponiyalı Şinji Kaqava, iranlılar Aşkan Dejaqa və Serdar Azmundu.

Xəbər 97 dəfə oxundu.