Bu gün basketbol millimiz Kosovo yığması ilə qarşılaşacaq
Bu gün 20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

Yığmamız B Divizionunun C qrupunda Kosovo kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna və İsveçə, rəqib isə Gürcüstan və İsveçə yenilib.

Xəbər 118 dəfə oxundu.