Dünya Qadın Seriyasında basketbol üzrə millimizin və “Neftçi”nin oyun təqvimi müəyyənləşib
İyulun 14-15-də Kosovanın paytaxtı Priştinada 14 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək.

Priştina mərhələsində iştirak edəcək 3x3 basketbol üzrə qadınlardan ibarət millimiz “B” qrupunda ABŞ və “Qyor” (Macarıstan), “Neftçi” isə “D” qrupunda Niderland və Kosova komandaları ilə mübarizə aparacaqlar.

Millimiz qrupda ilk oyununu Bakı vaxtı ilə saat 20:35-də ABŞ millisinə, “Neftçi” isə ilk oyununu Bakı vaxtı ilə saat 23:35-də Niderland seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.

Xəbər 118 dəfə oxundu.