Bakının “Neftçi” klubu ciddi itki ilə üzləşib
Bakının “Neftçi” klubu ciddi itki ilə üzləşib.

“Matç TV Kuboku” turniri çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnmiş futbolçu Emil Balayev beş ay yaşıl meydanlardan uzaq qalacaq.

Axil vətərinin total cırılması diaqnozu qoyulan qapıçı əməliyyat olunacaq.

Qeyd edək ki, Emil Balayev mövsüm başa çatan kimi “Səbail”dən “Neftçi”yə keçmişdi.

Xəbər 96 dəfə oxundu.