Ramil Quliyev növbəti dəfə Türkiyə çempionu olub
Azərbaycan əsilli atlet Ramil Quliyev növbəti dəfə Türkiyə çempionu olub.

“Fənərbağça” klubuna məxsus idmançı 200 metr məsafəyə qaçışda birinci yeri tutub.

Qeyd edək ki, R.Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.

Xəbər 105 dəfə oxundu.