Batut gimnastlarımız Portuqaliyadan üç medalla qayıdıblar
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Santarem şəhərində keçirilən "Scalabis Cup" beynəlxalq turnirində üç medal qazanıblar.

Hüseyn Abbasov fərdi proqramda gümüş medala sahib çıxıb.

İbrahim Mustafazadə və Fərhad Mustafayev isə bürünc medal qazanıblar.

Xəbər 132 dəfə oxundu.