"Sumqayıt" futbol klubu daha bir transferini açıqlayıb
“Sumqayıt” futbol klubu daha bir transferə imza atıb. Son mövsümü "Şamaxı”da keçirmiş hücumçu Kamran Quliyevlə 3 illik müqavilə imzalanıb.

"Qəbələ”nin yetirməsi olan Kamran Əliyev karyerası ərzində Litvanın "Yonava”, ölkəmizdə isə "Sabah” və "Şamaxı” klublarının uğurları üçün çalışıb. Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.

Xəbər 100 dəfə oxundu.