“Qəbələ” klubu növbəti transferini gerçəkləşdirib
“Qəbələ” klubu növbəti transferini gerçəkləşdirib.

Komanda Rauf Hüseynlini transfer edib.

İyirmi üç yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb. Futbolçunun son klubu “Şamaxı” olub. Karyerasına “Qarabağ”da başlayan futbolçu “Zirə”də də forma geyinib.

Rauf Hüseynli Azərbaycan yığmalarında da çıxış edib. O, ölkəmizin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.

Xəbər 97 dəfə oxundu.