Azərbaycanın MMA döyüşçülərinin "Super Rizin2" turnirindəki rəqibləri bəlli olub
Azərbaycanın MMA döyüşçüləri Tofiq Musayev və Vüqar Kərəmovun “Super Rizin2” turnirindəki rəqibləri bəlli olub.

71 kiloqram çəki dərəcəsində çıxış edən Tofiq Musayev yaponiyalı Akira ilə üz-üzə gələcək. Vüqar Kərəmov (66 kq) isə onun həmyerlisi Mikuru Asakura ilə görüşəcək.

Qarşılaşmalar iyulun 30-da Yaponiyadakı "Saitama Super Arena"da baş tutacaq.

Xəbər 112 dəfə oxundu.