Elmar Baxşıyev: Türkiyə toplanışında daha çox toplu çalışmalara üstünlük veriləcək
Komandanın istəkli olması sevindiricidir.

Bu sözləri “Qəbələ” futbol klubunun baş məşqçisi Elmar Baxşıyev qurumun mətbuat xidmətinə müsahibəsində bildirib.

Baş məşqçi qeyd edib ki, hazırlıq prosesində planlaşdırdığımız detalların üzərində çalışdıq. Məşqlərdə futbolçuların istəyini görürdük. İndiki mərhələdə əsasən yükləmələrin üzərində dayanmışıq.

“Qarşıdakı Türkiyə toplanışında daha çox toplu çalışmalara üstünlük veriləcək və istiqamət matçlara yönələcək. Bununla da komanda oyun ritminə qayıdacaq. Hazırlıq prosesinin indiki mərhələsində futbolçular hələlik formadan uzaqdır. İyunun 24-dən məşqlərə başlayan oyunçular digərləri ilə müqayisədə daha hazırlıqlıdır. Çünki onlar bizə bir müddət sonra qoşulublar. Türkiyə toplanışında bu boşluqları doldurulacaq. Yeni oyunçuların bəziləri həm fiziki forma, həm komandaya uyğunlaşma baxımından tez hazır oldular. Həmişə yerli və əcnəbilər bu komandada çətinlik çəkməyiblər. Sadəcə fiziki durumlarını qaydasına salmaq lazımdır. Qarşıda üç yoxlama görüşü var. Bu matçlar komandanı daha hazırlıqlı etməlidir. Bizim verdiyimiz fiziki yükləmələr və oyundakı isə fərqli olur. Daha çox istədiyimiz futbolçuların oyun yükünü almasıdır”, - deyə E.Baxşıyev əlavə edib.

Xəbər 102 dəfə oxundu.