İngiltərənin futbol üzrə gənclərdən ibarət millisi Avropa çempionu olub
İyulun 8-də Gürcüstanın Batumi şəhərindəki “Batumi Arena”da 21 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.
Final oyununda İspaniya və İngiltərənin müvafiq yaş qruplarından ibarət yığmaları qarşılaşıb.

Həlledici görüşdə 1:0 hesablı qələbə qazanan İngiltərə komandası “Avro-2023”ün qalibi olub.

Qeyd edək ki, bu, İngiltərə millisinin 21 yaşadək futbolçular arasında Avropa çempionatında 3-cü çempionluğudur.

Çempionat Gürcüstan və Rumıniyada keçirilib.

Xəbər 104 dəfə oxundu.