Azərbaycan idmançısı veteranların Avropa Oyunlarında iki medal qazanıb
Finlandiyanın Tampere şəhərində keçirilən veteranların Avropa Oyunlarında atletimiz Sadıq Sadıqov uğurlu nəticələrlə yadda qalıb.

S.Sadıqov 65 yaşlı kişilər kateqoriyasında 400 və 1500 metr məsafələr üzrə qaçışda mübarizə aparıb.

Veteran atletimiz 1500 metr məsafəyə qaçışda 5 dəqiqə 56.46 saniyəlik göstərici ilə yarışın qalibi olub. S.Sadıqov 400 metr məsafəyə qaçışda isə 1 dəqiqə 12.82 saniyə nəticə ilə ikinci yeri tutub.

Xəbər 108 dəfə oxundu.