“Turan Tovuz” klubu nigeriyalı futbolçu ilə müqavilə imzalayıb
“Turan Tovuz” klubu daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib.

Komanda nigeriyalı futbolçu Otto Conla ikiillik müqavilə bağlayıb.

Son olaraq Kosovoda “Dukagini” klubunun şərəfini qoruyan 25 yaşlı hücumçu karyerası ərzində “36 Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça”(Kosovo) və “Priştina” (Kosovo) klublarının da formasını geyinib.

Qeyd edək ki, “Turan Tovuz” O.Condan öncə Aydın Bayramov, Fərid Nəbiyev, Sərtan Taşkın, Enrike Paçu və Martin Petkovu heyətinə qatıb.

Xəbər 107 dəfə oxundu.