Bu gün çimərlik futbolu üzrə millimiz Litva yığması ilə qarşılaşacaq
Bakıda çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonasının seçmə mərhələ yarışları davam edir.

A qrupunda sonuncu yeri tutan Azərbaycan millisi bu gün 13-16-cı yerlər uğrunda görüşə çıxacaq. Yığmamız Litva ilə qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Moldova (1:3), Estoniya (4:7) və İtaliyaya (2:3) məğlub olub.

Xəbər 108 dəfə oxundu.