“Sabah” klubu Lüksemburq millisinin üzvünü heyətinə qatıb
Bakının “Sabah” futbol klubu 23 yaşlı yarımmüdafiəçi Vinsent Till ilə ikiillik müqavilə imzalayıb.

Lüksemburq millisinin üzvü və Fransanın “Mets” klubunun yetirməsi olan futbolçu karyerasi ərzində bu komandanın əsas və əvəzedici heyətində oynayıb. Daha sonra Fransanin “Pau” və “Orleans” klublarında çıxış edib.

2021-ci ildə Ukraynanın “Vorskla” klubuna transfer olan Till son iki mövsüm İsveçin “Örebro” və AİK klublarında icarə əsasında forma geyinib.

Lüksemburq millisinin şərəfini qoruyan yarımmüdafiəçi 48 oyunda 3 qol vurub.

Futbolçu komandada 12 nömrəli formada çıxış edəcək.

Xəbər 116 dəfə oxundu.