“Turan Tovuz” heyətini braziliyalı futbolçu ilə gücləndirib
“Turan Tovuz” klubu növbəti transferini açıqlayıb.

Braziliyalı futbolçu Bruno Qonsalveş Du Prado ilə birillik rəsmi müqavilə imzalanıb.

İyirmi yeddi yaşlı oyunçunun son klubu Portuqaliya "Leişoeş"i olub. O, daha əvvəl “Aruka” (Portuqaliya), “Vila-Nova” və “Baiya” (hər ikisi Braziliya) komandalarının da şərəfini qoruyub.

Xəbər 104 dəfə oxundu.