“Real” Kilian Mbappe ilə beşillik kontraktı razılaşdırıb
“Real” klubu PSJ-nin hücumçusu Kilian Mbappe ilə kontraktın şəxsi şərtləri barədə razılığa gəlib.

Madrid klubu və oyunçu illik 50 milyon avro dəyərində beşillik kontrakt barədə razılıq əldə ediblər. Hücumçunun klausulası bir milyard avro təşkil edəcək. “Cadena SER” nəşrində məlumat verilir ki, oyunçunun kluba keçməsi ilə bağlı qərarın qəbul edilməsində əsas tarixlər 10 iyul və 26 iyul ola bilər.

Eyni zamanda, müqavilənin şərtləri həm Mbappenin bu yay transferi, həm də oyunçunun bir ildən sonra - parislilərlə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi imzalanması variantında eyni qalacaq.

Kilian Mbappe 2017/18 mövsümündən PSJ-də çıxış edir. Futbolçu komanda ilə birgə altı dəfə Fransa çempionu, üç dəfə Fransa Kubokunun, iki dəfə Fransa Liqa Kubokunun, eləcə də üç dəfə Fransa Superkubokunun qalibi olub.

Xəbər 112 dəfə oxundu.