Basketbol üzrə millimiz Avropa çempionatının ilk oyununda uduzub
İyirmi yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.

Yığma B Divizionunun C qrupunda İsveç kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, qrupda Kosovo, Ukrayna və Gürcüstan seçmələri də mübarizə aparır.

Xəbər 121 dəfə oxundu.