“Neftçi” komandası Dünya Qadın Seriyasının 1/4 final mərhələsində məğlub olub
"Neftçi" komandası 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsveçrədəki Friburq mərhələsində növbəti oyununu keçirib.

Komanda Portuqaliya millisi ilə üz-üzə gəlib.

Qarşılaşmada “Neftçi” komandası 15:18 hesabı ilə rəqibinə məğlub olub.

Qeyd edək ki, "Neftçi" A qrupunda Kanadaya 15:13, Malayziya yığmasına isə 21:7 hesabı ilə qalib gəlmişdi.

Xəbər 125 dəfə oxundu.