Azərbaycan Premyer Liqasında ən çox oyun keçirmiş futbolçuların siyahısında dəyişiklik edilib
Azərbaycan Premyer Liqasının 2022/23 mövsümü ölkə çempionatları tarixində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.

Bu göstəricidə rekordçu olan Rahid Əmirquliyev üstünlüyünü daha da artırıb.

İlk 6 yerin sahibi dəyişməyib. Elvin Məmmədov “Top-10”dakı mövqeyini yaxşılaşdırıb. O, 7-ci sıraya yüksəlib. İki futbolçu isə “onluğ”a daxil olub. Asif Məmmədovla Vurğun Hüseynov “Top-10”a qoşulub. Rahid Əmirquliyev 451 xalla birinci, Mahmud Qurbanov 423 xalla ikinci, Rəşad Sadiqov 392 xalla üçüncü yerə çıxıb.

Xəbər 112 dəfə oxundu.