“Real Madrid” klubu futbolçusu Arda Güleri ictimaiyyətə təqdim edib
İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin futbolçusu Arda Güleri ictimaiyyətə təqdim edib.

18 yaşlı yarımmüdafiəçi “Kral klubu” ilə altıillik sözləşmə imzalayıb. Türk oyunçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, A.Güler Madrid təmsilçisinə Türkiyənin “Fənərbağça” klubundan transfer olunub.

Xəbər 124 dəfə oxundu.