Azərbaycan İkinci Liqasının başlanma tarixi müəyyənləşib
Futbol üzrə Azərbaycan İkinci Liqasının başlanma tarixi müəyyənləşib. Peşəkar Futbol Liqasının (PFL) bayrağı altında keçiriləcək çempionat sentyabrın 4-də start götürəcək.

ilk tur iki gün ərzində - sentyabrın 4-5-də keçiriləcək.

İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, Birinci Divizion və İkinci Divizionda (yeni adları ilə Birinci və İkinci Liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və PFL həvalə olunduğundan bütün prosedurlardan sonra iştirakı rəsmən təsdiqlənəcək klublar çempionluq uğrunda 2 dövrə, 22 tur mübarizə aparacaqlar.

İkinci Liqada futbolçuların qeydiyyatı və sifarişi iki rəsmi transfer dövründə həyata keçiriləcək. Transfer yay və qış dövrlərini əhatə edəcək.

İkinci Liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların Azərbaycan Kuboku yarışlarında iştirakı nəzərdə tutulur.

Xəbər 111 dəfə oxundu.