Taekvondoçularımız açıq Türkiyə çempionatına səkkiz medalla başlayıblar
Ankarada taekvondo üzrə açıq Türkiyə çempionatı start götürüb. Yarışın ilk günündə dayanq üzərinə yeniyetmə idmançılar çıxıblar.

Yarışın startı millimiz üçün uğurlu alınıb. Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komandada finala çıxan dörd idmançının hər biri qalib adına yiyələnib. Boyu 156 santimetrədək olan taekvondoçuların mübarizəsində oğlanlar arasında İlyas Hətəmli, qızlar arasında Humay Dadaşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bütün rəqiblərini məğlub edən Şəms Əlizadə (160 sm) və Tamerlan Yaqubov (180 sm) da Ankarada Azərbaycan Himnini səsləndiriblər.

Digər taekvondoçularımızdan Xəzər Həmidov (152 sm), Novruz Əliyev (160 sm), Nülufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) isə turniri bürünc medalla bitiriblər.

Qeyd edək ki, iyulun 9-da başa çatacaq G-2 kateqoriyalı çempionatda gənc taekvondoçulardan ibarət Azərbaycan millisi də gücünü yoxlayacaq.

Xəbər 148 dəfə oxundu.