“Araz-Naxçıvan” klubu serbiyalı futzalçı ilə anlaşıb
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.

Ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı futzalçı olub.

Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Serbiya millisinin də üzvü olan 28 yaşlı forvardın son klubu ölkəsində “Ekonomaç” olub.

Xəbər 98 dəfə oxundu.