Bu gün çimərlik futbolu üzrə millimiz Estoniya yığması ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Yığmamız Estoniya millisi ilə üz-üzə gələcək.

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq qarşılaşma saat 18:45-də başlayacaq. A qrupunun digər matçında İtaliya və Moldova seçmələri üz-üzə gələcəklər.

Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.

Xəbər 112 dəfə oxundu.