2024-cü ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb
2024-cü ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb.

Bakı şəhər halqasında keçiriləcək yarış sentyabrın 13-15-də nəzərdə tutulub.

Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-Prisi ilə start veriləcək. İlin son yarışı isə dekabrın 6-8-də Abu-Dabidə olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi ilk dəfə sentyabra təsadüf edəcək.

Xəbər 167 dəfə oxundu.