Bu gün çimərlik futbolu üzrə millimiz Moldova yığması ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Milli komandamız Moldova yığması ilə üz-üzə gələcək.

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq matç saat 18:45-də başlayacaq.

A qrupunun digər görüşündə İtaliya və Estoniya seçmələri qarşılaşacaqlar. Bu duel isə 13:30-da start götürəcək.

Azərbaycan millisinin heyətində qapıçılar - Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov, oyunçular - Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov və Tural Qurbatov yer alıblar.

Xəbər 108 dəfə oxundu.