Qabino Renales: Çimərlik futbolu Azərbaycanda yetərincə inkişaf edib
Bakıda olmaq çox xoşdur. Paytaxtınızda ilk dəfə 2015-ci ildə olmuşam. İllər ərzində Azərbaycandan dəstək görmüşəm.

Bu sözləri Dünya Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti Qabino Renales iyulun 4-də Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Bildirib ki, idmanın bu növü Azərbaycanda yetərincə inkişaf edib. Yığma komanda III Avropa Oyunlarında yaxşı nəticə göstərdi. Avropada çox güclü komandalar var. Düşünürəm ki, beşinci yer nailiyyətdir.

“Ölkənizdə idman tədbirləri üçün çox yaxşı resurslar var. Daha böyük tədbirlər də Bakıda keçirilə bilər. Dünya çempionatının seçmə mərhələsinin keçiriləcəyi arena möhtəşəmdir. Növbəti dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Gələcəkdə təşəbbüs olsa, yenidən Bakıya gəlməkdən şad olarıq”, - deyə vitse-prezident əlavə edib.

Qeyd edək ki, iyulun 5-7-də Bakıda dünya çempionatının seçmə mərhələsində reytinqə görə ən yaxşı 13 komanda birincilik uğrunda yarışacaq. Çempionat çərçivəsində iyulun 8-də yarımfinal və pley-off oyunları, iyulun 9-da isə bu mərhələnin qalibini təyin edəcək final matçı keçiriləcək. Azərbaycan yığmasının ilk qarşılaşması Moldova seçməsi ilə iyulun 5-də baş tutacaq.

Xəbər 114 dəfə oxundu.